"Google" dan yeni rekord

23 Yanvar 2013 12:16 (UTC+04:00)

"Google" Londonun şimalında King’s Cross vağzalı yaxınlığında 1 hektara yaxın torpaq sahəsini satın alması haqqında məlumat verib. SİA-nın məlumatına görə, bu Böyük Britaniyada daşınmaz əmlak sferasında baş tutmuş ən iri alqı-satqı sazişlərindən biri hesab olunur. Konsultantlar proqnoz verirlər ki, "Google" ın yeni baş qərargahının tikintisi King’s Cross rayonunun inkişafına da təkan verəcək.

"Google" Londondakı yeni baş qərargahın tikintisinə 1,6 mlrd dollar (1 mlrd funt sterlinq) ayırmaq niyyətindədir. Yeni binanın işçi heyəti şirkətin aparıcı London ofisləri - Viktoriya rayonundakı iki, Holborn rayonunda yerləşən bir ofisdən dəvət olunacaq işçilər hesabına formalaşacaq.

"Bu "Google" üçün böyük investisiyadır və biz Böyük Britaniyada daha çox inkişaf etməyi planlaşdırırıq", "Google" ın Mərkəzi və Şimali Avropa üzrə vitse-prezidenti Mett Brittin bildirir.

Məlumat üçün bildirək ki, investisiyalar hesabına internet-şirkət 35 min iş yeri açmağı planlaşdırır. İşçilər üçün isə burada 1900 yaşayış evi tikiləcək.

Qeyd edək ki, binanın 2016-cı ildə təhvil verilməsi planlaşdırılır.