Azərbaycanda daha bir beynəlxalq yarış keçiriləcək

23 Yanvar 2013 10:46 (UTC+04:00)

Mayın 4-5-də Bakıda cüdo üzrə "Böyük dəbilqə" turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, ilkin plana əsasən Azərbaycan paytaxtında Qran-Pri turniri təşkil edilməli idi, lakin sonradan beynəlxalq yarışların təqvimində dəyişikliklər edilib. Həmin dəyişikliklər Bakı turnirinin statusuna da təsir edib, bu turnirin dərəcəsi artırılıb.
Qeyd edək ki, Azərbaycan indiyə qədər heç vaxt "Böyük dəbilqə" turnirinə ev sahibliyi etməyib. Ona görə də qarşıdakı start debüt xarakteri daşıyacaq.