Mürəbbə hazırlaya bilirsinizmi?

23 Yanvar 2013 00:22 (UTC+04:00)

Mürəbbə haxırlaya bilirsinizmi? Bu suala çoxumuz susmaqla cavab versək də, "bilirəm" deyənlər də az deyil. Onda isə bizim öyrətməkdə xəsis olmadığımızı siz də görün və oxuyun.

Heyva mürəbbəsi

Lazım olan ərzaq:

1 kq təmizlənmiş və doğranmış heyva

1,2 kq şəkər

2 stəkan su

Axırda mürəbbəyə 2 çay qaşığı limon turşusunu azca suda əridib əlavə etmək olar

Qeyd: Əlavə dad üçün 1 ovuc xırda doğranmış qoz da əlavə etmək olar bişərkən.

Hazırlanması:

Mürəbbə hazırlamaq üçün heyvanı özək hissəsindən və qabığından təmizləyin. 2 sm qalınlığında dilimləyin. Doğranmış heyvaları qaralmasın deyə suda saxlayırlar. Şəkəri suda əridib qaynadın. Sonra üzərinə heyva dilimlərini tökün. 3-4 dəqiqə qaynatdıqdan sonra odun üstündən götürün. Soyutduqdan sonra yemə odun üstünə qoyun. 3-4 dəqiqə qaynatdıqdan sonra yenə soyudun. Bu prosesi 3-4 dəfə təkrar edin. Hətta bəzən vəziyyətdən asılı olaraq bu prosesi 5 dəfə təkrar etmək olar.

Qeyd: Heyva mürəbbəsini heyvanın turşaşirin növlərindən bişirmək məsləhətdir. Çünki şirin növlərin mürəbbəsi bir qədər bərk olur.

Nuş olsun!