Sony firması planşet bazarında innovasiya etməyə hazırlaşır və görünür bunu etməyə qadirdir
Planşet bazarında getdikcə rəqabətin güclənməsi şirkətləri təkcə keyfiyyət etibarilə deyil, həmçinin xarici görünüş etibarilə də daha gözəl məhsullar istehsal etməyə məcbur edir. Sony-nin istehsal etdiyi Xperia Tablet Z planşet modelinin qalınlığı 6,9 mm-dir. Yenicə bazara təqdim olunan bu planşetin ölçüsü 10,1 düymdür. Qurğu, Android 4.1 əməliyyat sistemində işləyir.
Müqayisə üçün deyə bilərik ki, Toshiba Excite 10 Le modelinin qalınlığı 7,7 mm-dir, Asus Transformer Prime TF201- 8,3 mm , Samsung Galaxy Tab 10.1 isə 9,4 mm qalınlığa malikdir.
Sony bu planşetlərinə 4 nüvəli , 1,5 Ghz takt tezliyinə malik olan Qualcomm prosessoru quraşdırıb. Operativ yaddaşı 2 Gb, daimi yaddaşı isə 32 Gb -dır. İnternetə isə həm wi-fi, həm də mobil operatorlar vasitəsilə qoşulmaq olar.
Ekranın ölçüləri isə 1920 x 1200 pikseldir. Kamerasının çəkim gücü isə 8,1 Mpx-dir.