Eder Bonfim və Dimitrios Sialmas toplu çalışmalara qatılmadılar

22 Yanvar 2013 09:43 (UTC+04:00)

Bir günlük istirahətdən sonra "Xəzər Lənkəran" yenidən məşqlərini bərpa edib. Siasport.az saytının məlumatına görə, dünən səhər məşqində məşqçilər korpusu futbolçulardan test götürdükdən sonra toplu çalışmalar üzərində müxtəlif təmrinlər yerinə yetirilib. Komandanın iki üzvü - Eder Bonfim və Dimitrios Sialmas zədələrini bərpa etdiyindən toplu çalışmalara qatılmayıb və məşqlərini otelin fitnes salonunda ediblər. "Xəzər Lənkəran"ın tibb korpusu hər iki futbolçunun yaxın zamanda komandaya qoşulmasını təmin etmək üçün bütün səylərini göstərir.