Müdafiə Nazirliyindən “dedovşina” faktına münasibət

21 Yanvar 2013 15:56 (UTC+04:00)

Müdafiə Nazirliyi sosial şəbəkələrdə "dedovşina" faktına dair yayılmış foto ilə əlaqədar açıqlama yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı foto görüntülərlə bağlı araşdırmaya başlanılıb: "İlkin məlumata görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir. Buna baxmayaraq, Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq".

Mətbuat xidməti bəzi informasiya vasitələrində əsgər Namazlı Ülvinin zabit qismində təqdim edilməsinin də yanlış olduğunu diqqətə çatdırıb.

Samirə Abdullayeva