100-ə yaxın gənclər təşkilatlarının təşəbbüsü ilə 31 dekabr 2012-ci il tarixində OCCRP-nin rəsmi saytında yerləşdirilən açıqlamasında qeyd olunan ittihama dair bəyanat verilib. SİA həmin bəyanatı sizlərə təqdim edir:
-Biz Azərbaycan Respublikasının ictimai-siyasi həyatından yaxından iştirak edən gənclər təşkilatları olaraq, qeyd olunan müddəalar əsasında OCCRP tərəfindən irəli sürülən ittihamın əsassız, qərəzli olduğunu və şəxsi maraqlar üzərində qurulduğunu nəzərə alaraq, reallığı əks etdirmədiyini bəyan edirik:
Araşdırmanı aparan 60 jurnalist və 15 təşkilatın ("The award is chosen by the 60 reporters and 15 news organizations that make up the OCCRP consortium" – saytdan çıxarış) adlarının ictimaiyyətə açıqlanmaması və sorğunun yalnız jurnalistlərin şəxsi fikirləri və faktların interpretasiyası ("The nomination process and award is based solely on the interpretation of facts and the opinions of OCCRP reporters" – saytdan çıxarış) şübhə yaradır və sözü gedən məlumatın qeyri mötəbər, subyektiv və ancaq jurnalistlərin şəxsi fikirləri və faktların interpretasiyasına əsaslanan mülahizə kimi qəbul edilməsinə əsas yaradır;
Açıqlamada OCCRP layihənin üzvü və eyni zamanda Azərbaycan hökümətinə qarşı mənfi münasibəti olan Xədicə İsmayılovanın qeyd olunmasını ("Aliyev’s administration also failed to investigate the harassment and blackmail of OCCRP journalist Khadija Ismayilova earlier this year"– saytdan çıxarış) nəzərə alaraq açıqlamanın qərəzli və şəxsi maraqları əks etdirməsi kimi qəbul edilməsinə əsas yaradır;
Araşdırmada Azərbaycan hökümətinə qarşı əvvəlcədən qərəzli mövqeydə olan qüvvələrin yer alması araşdırmanın ancaq bir prizmadan aparılması kimi qəbul edilməsinə ƏSAS YARADIR;
Bütün bunları nəzərə alaraq, biz, Azərbaycan Respublikasının Gənclər təşkilatları bəyan edirik:
Biz, qərəzli mövqeydən aparılmış araşdırmanın nəticəsi Azərbaycan Respublikası Prezidentinin imicinə zərbə vurmaq, nüfuzuna xələl gətirmək məqsədi ilə atılmış bir addım kimi dəyərləndiririk. Cənab Prezidentin mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı apardığı islahatları dəstəkləyir və bu istiqamətdə atılacaq addımlara hər zaman dəstək verəcəyimizi bildiririk.