Ana və qız dəm qazından zəhərləndi

21 Yanvar 2013 13:28 (UTC+04:00)

Gəncə şəhərində yaşayan Əhmədova Ülviyyə və onun az yaşlı qızı Əhmədova Aysu dəm qazından zəhərlənib. Gəncə şəhər İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, onlar dərhal xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin nisbətən yaxşılaşdığı bildirilir.

İlham Məmmədov