Oxüzlü fiqurlar

17 Yanvar 2013 18:07 (UTC+04:00)

XX əsrin görkəmli siyasi xadimi Uinston Çörçil siyasəti müharibəyə bənzədirdi. Lakin yeganə fərqi onda görürmüş ki, döyüşdə cəmi bir dəfə ölürlər, siyasətdə isə dəfələrlə. Gürcüstanın baş nazirinin Ermənistan səfəri dünyaca məhşur ingilis siyasətçinin tarixi deyimində nə qədər haqlı olduğunu sübuta yetirir. SİA-nın xəbərinə görə, bu haqda millət vəkili Zahid Oruc öz sosial şəbəkəsində məlumat yayıb.

26 dekabrda ikinci xarici səfərini Azərbaycana edən Bidzina "təkzib diplomatiyası" ilə yadda qalıb, danışılan hər sözün məsuliyyətini çəkməyə dair verdiyi vədlərlə Bakını tərk edib. Rəhbərlik etdiyi xalqın səbirsizliklə gözlədiyi iqtisadi firavanlığı kənar dövlətlərdən qoparmaq ümidi puça çıxandan sonra onun azərbaycanlılara təşəkkürdən başqa yolu da qalmayıb. Hər-halda siyasətin sərt üzünü yeni görən adam üçün bunlar əyani dərslər kimi əhəmiyyətli olmalı idi. Sən demə evlərində qazı 145 dollara qəbul edən bir hökumət rəhbərinin gedib istehsalçı ölkədə kameralar qarşısında gürcü vətəndaşlarına "bağışlayın cənablar, bundan aşağı yeri yoxdur", denəyi lazım imiş!

Bir neçə gün öncə yeni komandanın Xarici işlər naziri Maya Pandjikidze Litva səfərində Qarabağa dair açıqlama verir və ilk dəfə hər kəsi heyrətləndirir ki, Gürcüstan idarəetmə elitası artıq hüqiqi bir dili mənimsəyib və gələcəkdə cəsarətlə ərazi bütövlüyü prinsipini bütün münaqişələrin həllində başlıca şərt kimi irəli sürəcəklər. Lakin az keçmir ki, bir günlük qəhrəmanlığın yerini gürcü çöxüzlü fiqurları əvəz edir. İndi erməni həmkarı ilə görüşdən sonra Bidzinaya təşəkkür edirlər ki, o münaqişə məsələsində "balanslı mövqe" tutur və komanda üzvünün "yanlışlığını" aradan qaldırmağa çalışır. Hələ üstəlik, Rustavi kanalını emosiyaları qızışdırmaqda ittiham edirlər və jurnalistin 2-ci sualını səsləndirməyə imkan vermirlər.

Demokrtalar da dinc dəyişikliklərə sevinirdilər. Budur, nəinki mürəkkəb geopolitik olaylarda, sadə regional məsələrdə belə siyasi naşılıq və gerizəkalılıq nümayiş etdirincə, media mənsubunun ağzını qapamaqdan özgə çıxış yolu qalmır. Nəzərə alın ki, erməni prezidenti ilə görüşdən sonra arzuolunmaz suallardan qaçmaq üçün ondan xeyli əyani örnəkləri almaq imkanı da rezervində qalır.

Lakin gürcü demokratiyasını belə çoxüzlü siması və Qarabağa dair prinsipsizliyi təkcə son iqtidarın xarakterik xüsusuyyəti deyil. Maya Pandjikidzeni parlamentdə məhşər ayağına çəkənlər Saakaşvilinin komanda üzvləridir.Onlar yeni naziri ittiham edirlər ki,dövləti arzuolunmaz təzyiqlərlə üz-üzə qoyub və milli mənafelərə zərbə vurub. Belə də sizlərə aydın oldumu ki, narıncı inqilabçıların Azərbaycanın ərazi bütövlüyünə münasibəti necədir? Deməli,ölkəmizin torpaq bütünlüyünə qovuşması gürcü siyasi elirtasının maraqlarına ziddir.

Kimsə iddia edə bilər ki,daha sərt qənaətlər çıxarmaqdansa, Saakaşvili və Bidzina arasında gedən döyüşlərin Qarabağ səhifəsini ciddiyə almadan üstündən keçmək gərəkdir. Çünki yaxınlarda elə dövlət böhranı baş verəcək ki,əvəzində Azərbaycan heç bir başqa tələb irəli sürmədən yeganə Qərbə çıxış yolunun açıq qalması naminə Gürcüstana hər şeyi güzəştə gedəcək.

Belə konformist mövqelərə cavab vermək üçün Gürcüstanda Qarabağa dair açıq dövlət siyasəti əvəzinə bu ölkəyə ixrac edilən qazı dayandırmaqla cavab vermək olardı.Onda qışın şaxtasında küçələrə çıxan müftəxor gürcülər havadan da sərt üzlərini yeni hökumətə göstərərdilər. Biz "ya Qarabağ, ya da enerji ventilinin kəsilməsi" ultimatumunu gündəmə gətirmirik, lakin diplomatik dillə bunu anlatmalıyıq ki,seçki qaliblərinin hakimiyyət taleyi həm də Azərbaycanın mövqeyindən çox asılıdır.

Ölkəmiz isə hər vəchlə Abxaziya və Osetiyanı gürcü əraziləri sayır və Rusiyanın təzyiqlərini hesablamadan prinsipiallıq göstərir. Vətəndaşlarımız yeni "müstəqilliyə" qovuşan separatçı qurumları tanımır və oraya səfərlər həyata keçirmirlər. Əvəzində aldığımız zərbələr tam niqyası ilə sübut edir ki, Gürcüstan Qarabağ münaqişəsinin həllini qopardığı milyardlarla dolarlıq güzəştlərin əldən çıxması hesab edir.Bu yerdə adamın ATƏT-in atasına rəhmət oxumağı gəlir.

Belə narahat dünyada həqiqət o qədər qiymətlidir ki, gərək onu həmişə çoxlu yalanlar müşaiyət etsin! Bunu bizlərə, ədalətlə silahlanan diplomatiyamıza görə söylədim!