İtaliya Mərkəzi Bankının hesabatına görə ölkənin dövlət borcu 2 trilyon 20 milyard avroya qalxıb. Bu isə ümumi daxili məhsulun 126 faizi deməkdir.
"Euro news" kanalının məlumatına görə ölkənin dövlət borcu 2012-ci ilin 11 ayında 114 milyard avro artıb.
Qeyd olunur ki, borcun bu qədər yüksəlməsində əsas səbəbi ölkənin Avropa xilas fondlarına 23 milyard avro vəsait ödəməsidir.