Kəndlərə mavi yanacaq veriləcək

15 Yanvar 2013 17:59 (UTC+04:00)

Yaxın zamanlarda Şəmkir rayonun Bayramlı və Muxtariyə kəndlərinə qazın verilməsinə başlanılacaq. Rayon Qaz İstismarı İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, ötən ildən çəkilişinə başlanılan qaz xətləri 5 km-i əhatə edir. 20 ilə yaxındır mavi yanacaq görməyən rayon sakinləri evləri odun sobası ilə deyil, qazla isidəcək. Hazırda işlər küçə xətlərində aparılır. Bundan əlavə kəndin ərazisində xüsusi qazpaylayıcı stansiya da tikilir.

İlham Məmmədov