2012-ci ilin Toyota üçün qarlı il olmasına baxmayaraq, 2011-ci ildə itirdiyi liderliyini GM-dən geri alıb. SİA-nın verdiyi məlumata əsasən, Yaponiyanın qabaqcıl avtomobil istehsalçısı olan Toyota 2012-ci ilin satış rəqəmlərinə görə ABŞ-ın General Motors (GM) şirkətini ötüb keçib. Toyota 9,7 milyon avtomobil satdığı halda, GM 9,29 milyon avtomobil sata bilib. Bu rəqəmlərə əsasən, Toyota 2011-ci ildə itirdiyi dünyanın ən böyük avtomobil firması ünvanını bu il geri alıb.
İki şirkətin də yüksək satış qrafikinin olduğunu, ancaq Toyotanın Camry kimi məşhur modellərlə önə çıxdığı bildirilib.
Toyota və GM-dan sonra 9,1 milyon avtomobil satışı ilə Volkswagen gəlir.
Məlumat üçün bildirək ki, General Motors birinciliyini 2008-ci ildə Yaponiya nəhənginə buraxmışdı. Toyota 2011-ci ildə Yaponiyadakı sunami və zəlzələ səbəbilə istehsalda ciddi çətinliklər yaşamışdı. Elə bu səbəbdən də ABŞ nəhəng liderliyini yenidən əldə etmişdi.
Yeganə Süleymanzadə