Azərbaycan çempionu qadınlardan ibarət "Rabitə" voleybol komandası Fransaya yollanıb. Siasport.az saytının məlumatına görə, komanda Çempionlar Liqası yarışlarının pley-off mərhələsində ilk matçını səfərdə keçirəcək. Belə ki, "Rabitə" yanvarın 16-da yerli "Kann" komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, cavab görüşü yanvarın 24-də Bakıda keçiriləcək.