İngiltərədəki (Kent qraflığı) zooparkların birində olan Ambam adlı qorilla (meymun növü) digərlərindən tamamilə fərqlidir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 220 kq çəkisi olan bu heyvan insan kimi iki ayağı ilə gəzməyi bacarır.
Qeyd edək ki, Ambamın bacıları da asanlaqla iki ayağı üstə dura bilirlər.