Bu tarixə dəvətnamə göndərən şirkət keçiriləcək tədbirin mahiyyəti barədə məlumat verməyibBir milyarddan çox istifadəçisi olan "Facebook" sosial şəbəkəsi 15 yanvarda keçirəcəyi tədbir üçün bir çox mətbuat əməkdaşına dəvətnamə göndərməyə başlayıb. Tədbirin "Facebook"un Menlo Parkdakı binasında saat 10.00-da olacağı bildirilsə də keçiriləcək tədbirin mahiyyəti barədə məlumat verilməyib.
Şirkətə yaxın mənbələr isə bu tarixdə "Facebook"da yeni bir smartfonun təqdim olunacağını iddia edib.
Xatırladaq ki, şirkət keçən il bu tarixdə "Skype" ilə video söhbət sahəsində ortaqlığını açıqlamışdı.