Hər gün səhər internetdə ilk etdiyim iş Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan ordusu tərəfindən atəşkəs rejimini pozaraq Azərbaycan ərazisini atəşə tutması xəbərini oxumaqdır.
Ermənistan bunu ciddi rejim fəaliyyəti kimi hər gün, özü də gecə zamanı edir. Qazax tərəfdən Horadizə qədər bütün cəbhə xətti atəşə tutulur, düşmən xislətinə sadiq olduğunu göstərir, aqressiv siyaətində olduğunu bir daha sübut edir.
Düşmən cavabını artıqlaması ilə alır, mövqeləri dağıdılır, həm əsgəri, həm zabiti qorxu içində saxladılır, hətta itkisi də olur. Düşmən qarşısında hazırlıqlı və əzmli bir silahlı qüvvə olduğunu görür.
Muharibədən Ermənistan heç nə qazanmadı. Azərbaycan və Türkiyə kimi nəhəng dövlətlərlə münasibətləri sıfırdır, bu isə onu hər il bir neçə milyard dollar gəlirdən qoyur. İqtisadi inkişaf sıfırdır, bu isə əhalisinin durmadan Ermənistandan köçməsinə səbəb olur. Hətta baş nazirləri bu yaxınlarda Rusiyanın bir humanitar layihəsini erməni əhalisini Rusiyaya köçürməsinə görə ciddi narazılıq etmişdi. 300 minə qədər erməni bu gün düşmən elan etdikləri Türkiyədə türk çörəyi yeyirlər. Qapı açıq olsa Azərbaycana da axıb gələrlər.
Çıxış yolunu Erməınistan hakimiyyəti militaristləşməkdə görür. 2012-ci ildə 2,2 milyrad dollarlıq büdcənin 350 milyonu (16%) hərbiyə gedirdi, 2013-cü ilə 2,5 milyard dollarlıq büdcənin 451 milyonu (19 %) hərbiyə gedir. 2011-ci ildə rəsmi rəqəmlərə görə əhalinin 31 faizi kasıbşılıq həddində yaşayırdı, 2012-ci ilin sonuna bu rəqəm 34 faizə qalxdı.
Ermənistan bir ölkə kimi çökür, əhali acından ölür və ölkəni tərk edir, kriminal baş alıb gedir. Yerevan isə Azərbaycan torpaqlarını işğalda saxlamaqla "Böyük Ermənistan" yaradır. Ac, kasıb, başqa xalqların tarixini və mədəniyyətini mənimsəyən, dünya qarşısında yardm dilənən Ermənistan.
Hər axşam Azərbaycan mövqeləri atəşə tutumaqla Ermənistan elitası ac ölkədə öz mövqeyini qorumağa, hərbiyə ayrılan vəsaitləri silməyə, eyni zamanda fikrincə Azərbaycanı qorxuzmağa çalışır.
Alınmır. Alınmayacaq. Bizim tariximizi yaxşı oxumayıblar. Ya da yaddan çıxarıblar. Yada salırıq. Hər gün.