İsveçrədə nəşr olunan "Tafes Anzeiger" qəzeti bu ölkənin Appenzell və St. Gallen bölgələrində pişik və it ətinin yeyilməsinin əsrlərdir davam edən ənənə olduğu barədə məqalə dərc edib. SİA-nın verdiyi xəbərə görə, adı çəkilən bölgələrdə daha çox cütçülərin və inşaat işçilərinin pişik və it ətini yediyini yazan qəzet, ən çox bəyənilən ətin isə Rottweiler adlı it cinslərinin əti olduğunu qeyd edib.
Qəzetdə verilən məlumata görə, bu bölgədə pişik və it əti daha çox bifşteks olaraq və ya hamburger şəklində istehlak edilir.
Qeyd edək ki, dünyada pişik və it əti daha çox Çin, Cənubi Koreya və Vyetnam kimi Uzaq Şərq ölkələrində yeyilir.