2013-ci ilin ilk körpəsi Qusarda doğuldu

1 Yanvar 2013 23:09 (UTC+04:00)

Azərbaycanın şimal bölgəsində 2013-cü ilin ilk körpəsi yanvarın 1-də Qusarda doğulub. Qusar Mərkəzi Rayon Xəstəxanasından bildiriblər ki, körpə yanvarın biri gecə saat 00:20 radələrində dünyaya göz açıb. Rayonun İmanqulukənd kəndində yaşayan Hacıbalayevlər ailəsinə sevinc gətirən körpə oğlandır.