Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bərdə rayon İcra Hakimiyyəti şəhərdə bayram atəşfəşanlığı təşkil edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yeni ilin ab-havasına bürünmüş rayonun soyuq qış səması möhtəşəm atəşfəşanlıqla əlvan rənglərə boyanıb.
Bu möhtəşəm gözəlliyi seyr etmək üçün sakinlər meydana üz tutublar. Bərdə səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığı böyük maraqla seyr edilib. Rəngli işıq selinə qərq olmuş Bərdənin Yeni il gecəsinin səma görüntüsü uzun müddət yaddaşlardan silinməyəcək.
Şamxal Cəliloğlu