Fransanın "PSJ" klubunun italyan baş məşqçisi Karlo Ancelotti bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi, son vaxtlar Kriştiyanu Ronaldonun fransız klubuna transfer olunacağı ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb. K.Ronaldonun olduqca mükəmməl bir futbolçu olduğunu deyən K.Ancelotto bildirib ki, belə bir futbolçunu almaq üçün təkcə pul kifayət eləmir. O bildirib ki, bunun üçün futbolçunun istəyi və onu almaq istəyən klubun qətiyyəti vacibdir.K.Ancelotti həmçinin "Real"ın baş məşqçisi Joze Maurinyonun da onun yerinə "PSJ"-yə gələcəyi ilə bağlı deyilənləri də ciddiyə almadığını, klubun hazırkı sahibinin də belə bie fikirdə olmadığını bəyan edib.