31 dekabrda kim konsert verəcək?

27 Dekabr 2012 13:03 (UTC+04:00)

Əslən azərbaycanlı olan DJ Trypt ( Teymur Əhmədov) dekabr 31-də konsert verəcək. SİA-nın verdiyi xəbərə görə, konsert "Baku Jazz Centre"də baş tutacaq.

Nəzərinizə çatdıraq ki, caz ifaçısının çıxışı Avropa turnesi ilə bağlıdır. O, turnesinə Azərbaycandan start verəcək.

Qeyd edək ki, o, konsert zamanı remix etdiyi "Sarı gəlin" və "Qara gözləri" mahnılarını da ifa edəcək.