Türkiyənin tanınmış futbol şərhçisi olan Sergen Yalçın yeni iddia ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Beşiktaş"ın keçmiş kapitanı bu iddiadadır ki, "Qalatasaray" UEFA Çempionlar Liqasında yarımfinala qədər irəliləyə biləcəyini açıqlayıb. "Kanaltürk" televiziyasının "Top bizde" proqramında çıxış edən S.Yalçın bildirib ki, bunun üçün mütləq ciddi transferlər həyata keçirilməlidir. O, iddia edib ki, əgər istanbul nəhəngi "Volfsburq"da çıxış edən Dieqonu sıralarına qata bilsə, böyük uğur qazana bilər.