Qiyamətdən 4 gün sonra TƏHLİL

24 Dekabr 2012 15:29 (UTC+04:00)

Cəmaləddin Həsənoğlu

İlahiyyatçı alim dostlarımdan biri feysbukda Tibet dalay-lamasının fotosunu yaymışdı. Fotonun altında lamanın dünyanın sonu barədə proqnozlarının puça çıxmasına işarə edən rişxəndamiz sözlər var idi. Əlbəttə, dünyanın sonunun bir buddist rahibi tərəfindən ön görüldüyünü deyib, üstəlik, buna inanmaq küfrdür.İndi bu saxta hay-küyün amerikalılar tərəfindən qaldırıldığı deyilir. Hər şey Hollivudun esxitoloji-apokaliptik filmlərinin daha çox auditoriya toplamasına, mormon, metodist və digər yarımtotalitar kilsələrinin nəzarətində olan şam istehsalının daha da genişlənməsinə, konservləşdirilmiş ərzağın daha çox satılmasına, NASA-ya daha çox qrant ayrılmasına hesablanıbmış və s. Stiven Spilberqin 90-c illərdə bu mövzuda çəkdiyi bir filmi xatrlayıram. Dünya başqa bir fəzalı sivilzasiya tərfindən məhv edilmək üzrəykən kimsənin məhəl qoymadığı bir yəhudi mühəndis öz donqarı çıxmış, başı kipalı atası və gənclik sevgisinin yenidən baş qaldırmış sevdası sayəsində bəşəriyyəti xilas edir. Sanki xaçpərəst ayinlərində triadanı-üç üqnumu təqdis edən duanın şifrəsi açılır-Ata, Oğul və Müqəddəs Ruh naminə.Əlbəttə ki, yeni Məsih də, atası da yəhudidir, Müqəddə Ruh isə ağdərlili sevgilidə təcəlli edir.

İlahi, əksəriyyəti yəhudi rejissorlar tərəfindən çəkilmiş, şeytan vəsvəsi təlqin edən bu filmlərin bir məqsədinin də yəhudilərin müstəsnalığını vurğulamaq, dolayısı ilə İsrailin hərəkətlərinə beynəlxalq ictimai rəydə legitimlik qazandırmaq olduğunun fərqindəsinizmi? İstisnalar var.

Mel Gibsonun bir azdan toxunacağım filmi kimi (Kim bilir bəlkə onun antisemit ittihamı ilə məhkəməyə çəklməsinə səbəb olan yalnzı "İsanın əzabları" deyil, həm də bu filmmiş).

Türkiyədə bu ərəfədə bir Şirincə əfsanəsi bumu yaşandı. Niyə Şirincə? Məsələn, bizim İlisu yox. İllər öncə Şirincə kəndində Sevan Şirinyan tərəfindən ekoloji evlər deyilən böyük bir layihə həyata keçirildiynin oxumuşdum. Bir müddət əvvəl İzmir bələdiyəsi qaçaq yolla inşa edildiyindən bu evləri sökmək qərarı vermişdi. Bu hay-küydən sonra o evlərin sökülməsi mümkün olmayacaq , yeniləri və yenə də yeniləri tikilcək. Görürsünüzmü bir Sevan o boyda türk mediasını necə barmağına dolayır? Türkiyənin çiçəklənən turizm industriyası necə ermənilərin əlinə keçməyə başlayır. Əvvəl dini turizm açılımı ermənilərin əlinə işləyirdi, indi də ekoloji turizm.

Bunları anladıq. Bəs bunun arxasındakı kəşfiyyatçı sosial mühəndisliyin durduğunu heçmi ehtimal etmirsiniz? Dünya boyunca bu şayiə kampaniyası vasitəsilə bir nəbz yoxlanılması da aparıldı. Hansı cəmiyyətlər mənfi xəbər gözləntisinə daha çox köklənib. Mənfi müjdə dağıdıcı inqilab da ola bilər, zəlzələ də, qiyamət də, qanlı savaş da. Niyə mayya sivilzasiyasına aid edilən bu bədxəbər bizdə və Rusiyada , deyək ki, mayyalıların varisləri yaşayan Meksika, Qvatemaladan daha çox rezonans doğurdu. Görəsən Rusiyada kilsələrə şam istehsalı üzərində biznes qurmuş azərbaycanlı zər və zor sahibləri bundan nə qədər irəli düşdü(Təbrizlilərin sevdiyi məsəldi: erməni olan yerdı yəhudiyə, təbrizli-azəri olan yerdə erməniyə yer yoxdur)? .Niyə bizdə nəsə dəhşətli bir şey olacağına inananlar, buna hazırlaşanlar, MƏNFİ ENERJİNİN SOSİAL BAZASI bu qədər çoxdur.

Bir günahı cahillikdir-bildik. Bir günahı biz jurnalistlərdədir-cəmiyyətə müsbət impulslar ötürə bilmirik-bunu da bildik. Axı ölkədən kapital qaçışı da bu mənfi gözləntinin bir əlamətidi axı.Kapital qaçıranlar mənim, bizim nə yazdığımız heç vaxt oxumur, ümumiyyətlə azəri mediası ilə maraqlandıqlarına da inanmıram. Hər nəydisə bu kampaniyanı planlayanlar bizin cikimizi də öyrəndi, bikimiz də.

Əsas məsələ mini qiyamətlərdən qaçmaqdır. Budur Dövlət Statistikası Komitəsinin məlumatları: rəsmi boşanmaların sayı ilbəil artır. Hələ rəsmiləşməmiş nikahlarda boşanmalar nə həddədir-bunu bilən yoxdur. İntiharlardan, avtomobil qəzalarından ölənlərin statistikası tükürpədicidir. Bunların hər biri bir ailə üçün miniqiyamətdir. Onu önləmək necə olar? Uşaq QHT-lərinin, Ailə Komitəsinin, Nəqliyyat Nairliyinin ,Əmək Müfəttişliyinin, Daxili İşlər Nazirlyinin ,iri şəhərlərimizin meriyalarının, elə medianın da üzərində böyük məsuliyyət var. Boşanmaların, intiharların, avtoqəzaların səbəblərini(nəticələrini deyil) heç olmasa azaltmağa ciddi cəhdlər göstərilməlidir.

Mel Gibsonun elə mayyalılarıın böyük sivilizasiyasını süqutundan bəhs edən və 2006-cı ildə ekranlara çıxmış "Apokalipsis"(Məşhər) film-pritçası bu aralarda nədənsə heç xatırlanmadı. Uilyam Dürantdan bir sitat filmə epiqraf olaraq seçilib :"Heç bir sivilzasiya kənardan işğal etmək mümkün deyil, bu yalnız həmin sivilizasiya özü-özünü daxildən məhv etdikdən sonra mümkün olur". Əli Şəriətidə bunu izah edəcək bir izahla rastlaşmışdım.

Sivilizasiyasının inkişafını o üç mərhələdə görürdü: başlanğıc, tərəqqi və tənəzzül. İndi Şəriətinin bunu hansı qərbli müəllimlərinə istinadən izah elədiyini dəqiq xatırlamıram. Buna bənzər fakir Lev Qumilyov da var: passionarlıq nəticəsində yeni populyasiyasının əsası qoyulur, populyasiya etnosa , etnos super etnosa çevrilir, yenidən xırda etnoslara parçalanma başlayır və tarix səhnəsindən silinmə mərhələsi gəlir. Bu da etnosların, mədəniyyətlərin, dövlətlərin qiyamətidir.

2011-ci il hələ üyüşüb bərkiməmiş liviyalı etnosunun mini qiyamətiydi. İndi vahid liviyalı siyasi etnosundan bəhs etmək çətindir-var benqazililər, var fəzzanlılar, var trabluslular. 1920 ci ilə kimi vahid Şam ərəbləri var idi. İndi onlar fələstinli, iordaniyalı, livanlı , siriyalı və sinaylı olmaq üzrə 5 siyasi etnosa bölünüb. Kim bilir 2013 –cü ildən sonra vahid suriyalı xalqından bəhs etmək mümkün olacaqmı? Yoxsa nüseyri, türkman, sünni, kürd suriyalılar hərə öz başının çarəsini qılmağa gedəcək. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bizim üçün gözlənilən belə miniqiyamətin qarşısını almadımı?

Etnik qiyamət nümunələrinə Müqəddəs Kitabımızda nə qədər istəsəniz rastlaşa bilərsinzi. Ad qövmünüm, Səmud əhlinin, Ərim seli ilə yerlə-yeksan olmuş Cənubi Ərəbistandakı ptotosami sivilizasiyasının, Lut qövmünün aqibətlərini yada salın. Sonra bu xəbərdarlığı: "bir məmləkətin əhli(oxu dövlətin vətəndaşları, bir mədənəyiətin mənsubları) öz tövrünü dəyişmədikcə biz də onun tövrünü dəyişmərik"( ər-Rəd: 11). Tanrının tövr dəyişmə iradəsinin icrası mütləq göydən başımıza daş yağması, xüsuf-küsuf(ay tutulması, səyyarələrin paradı və s.) şəklində təzahür etmir. Yüksələn Yəmən mədəniyyəti

bizim Mingəçevir su anbarına bənzər bəndə-Ərim bəndinə borcluydu. Fillər kiçik hünülərin qurbanı olan sayaq, o mədəniyyət də Ərim bəndlərini gəmirib dağıdan iri siçovulların qurbanı olmuşdu. Demək, bənd inşa eləmək, mədəniyyət yaratmaq, dövlət qurmaq nə qədər vacibdirsə, gəmiriciləri vaxtında aşkarlamaq bir o qədər vacibdir. Nicat Nuhun gəmisində , Türkiyədiki Şirincə kəndində erməni biznesinin məhsulu olan mənzillər almaqda, yeraltı bunkerlərdə, qaçqın kapitalın ünvanı olan ofşorlarda deyil, lazımi məqamlarda Hudun(Ad qövmünün peyğəmbəri), Salehin(Səmud qövmünün peyğmbər), Lutun cərgəsində yer almaqdır. 1993-cü ildə Heydər Əliyevin yanında ellikcə yer aldığımız kimi. Tanrı azəriləri qorusun.Yəni bütün vətəndaşlarımızı.