Cüneyt Çakır baş nazirlə görüşdü

24 Dekabr 2012 16:13 (UTC+04:00)

Türkiyənin ən prestijli və dünya səviyyəli hakimlərindən olan Cüneyt Çakır, baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşüb. Siasport.az saytı xəbər verir ki, baş nazirin iqamətgahında keçirilən görüş zamanı əsasən Türkiyədə hakimliyin səviyyəsi, futbol çempionatında baş verən hakim xətaları və klublardan gələn ittihamlar müzakirə olunub. Görüşdən sonra jurnalistlərə açıqlama verən C.Çakır, baş naizrlə olduqca səmimi söhbət etdiklərini və məmnun qaldığını dilə gətirib.