Dəyərli əşyalarımız üçün ən təhlükəsiz yer haradır?

22 Dekabr 2012 14:16 (UTC+04:00)

Hər bir şəxs evində olan qiymətli əşyaları gizlətmək üçün orijinal və gözdənkənar yer axtarır. Lakin təcrübə sübut edib ki, göz qabağında olan əşyalar daha az nəzərə çarpır.

Şam: Fikrimizcə seyf kimi ən uğurlu seçimlərdən biridir.

Buxanka çörək: Əslində heç nə ilə fərqlənmir. Onun içində pulunuzu və zinət əşyalarınızı gizlədə bilərsiniz.

Saat formasında seyf: Tam sadə saatdan heç nə ilə fərqlənmir.

Xüsusi elektrik rozetkası: Dəyərli əşyalarınızı onun içinə də yerləşdirə bilərsiniz.

Çipsi qabı: İlk görünüşdən adi qablaşdırılmış çipsidir. Açanda içində çipsi olduğunu görəcəksən. Ancaq qabı digər tərəfdən açanda, orada məxçi yer olduğu aydınlaşacaq.

Daraq: Hətta belə sadə əşyada da pul gizlətmək mümkündür.

Tərəvəz koservləri: Bir çox insanlar uzun illərdir ki, öz saxlanclarını bankada gizlədirlər. Zənnimcə konserv qutusu daha uğurlu yol ola bilər.

Saxta fufayka: Xüsusi olaraq dəyərli əşlayara saxlamaq üçün hazırlanıb. Yeri gəlmişkən, üst tərəfi saat, daraq və digər gündəlik isitfadə rolunan əşyalarla doldurmaq olar.

Saxta kələm: Yəqin ki, evi qarət etməyə gələn oğru soyuducudan kələmi götürüb borş bişirmək istəməyəcək.

Koka-kola: Bunu hətta stolun üstünə də qoymaq olar.