Məşhurların teleaparıcı seçimi- SİYAHI

20 Dekabr 2012 10:27 (UTC+04:00)

İTV-nin məşhur siması Könül Arifqızı tez bir zamanda səsküylü "Ötən əsrin nəğməsi" layihəsi ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarıb. Daim maraqlı qonaqları ilə tamaşaçıları ekran başına yığan Könül bu dəfə onları sınamaq qərarına gəlib. SİA-nın məlumatına görə, yeni il buraxılışı üçün çəkilən verilişdə qonaqlar ötən əsrin hitlərini duet şəklində ifa ediblər. Duet həmkarlarını isə iştirakçılar özləri seçdilər.

Verilişin ulduz qonaqları teleaparıcılara kömək ediblər və nəticədə 10 maraqlı duet alınəb:

Faiq Ağayev və Kamilə Babayeva

Abbas Bağırov və İlahə Şixlinskaya

Zamiq Hüseynov və Aytən Səfərova

Natəvan Həbibi və İlkin Həsəni

İlqar Muradov və Sənubər İskəndərli

Elnur Məmmədov və Nurlanə Cəfərova

Vüsal Haciyev və Günay Malikqızı

Miri Yusif və Tural Əsədov

Eldar Qasımov və Könül Nağıyeva

Murad Arif və Könül Arifqızı.

Mahnıların əksəriyyəti ingilis və fransız dilində seçilib.

Onu da qeyd edək ki, rejissoru Ceyhun Kərimov olan veriliş 30 dekabr tarixində yayımlanacaq.