“Azərbaycanın sədrliyi dövründə mühüm işlər görülüb”

19 Dekabr 2012 09:45 (UTC+04:00)

"Azərbaycanın sədrliyi dövründə mühüm işlər görülüb". SİA-nın məlumatına görə, bunu GUAM Parlament Assambleyasının V iclası çərçivəsində Bakıda olan GUAM-ın baş katibi Valeriy Çeçelaşvili açıqlamasında deyib.

GUAM-ın baş katibi bildirib ki, mühüm işlərdən biri dekabrın əvvəlində Dublində keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclası olub: "Azərbaycanın sədrliyinin son uğuru isə dekabrın 18-da Nyu-Yorkda GUAM və BMT arasında əməkdaşlıq üzrə qətnamənin konsensus yolu ilə qəbul olunmasıdır ki, bu da təşkilatın beynəlxalq münasibətlər sistemindəki nüfuzunu möhkəmləndirir. Düşünürəm ki, GUAM Parlament Assambleyasının iclasında bu ilin yekunlarını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəyik".

O, GUAM-ın gələn il Bakıda keçirilməsi planlaşdırılan sammitinin dəqiq tarixinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə müzakirə olunacağını da vurğulayıb.