ABŞ-n ibtidai tədris ocaqlarının birində baş verən növbəti qanlı qətliam bir daha ictimaiyyəti düşünməyə vadar etdi. Dünya ictimaiyyətini düşündürən məsələ bu oldu ki, axı nəyə görə belə arzuolunmaz kimi hadisələr ən çox Birləşmiş Ştatlarda baş verir? Axı məhz bu dövlətin səlahiyyətliləri öz rəsmi çıxışlarında dəfələrlə iddia ediblər ki, ABŞ-da tətbiq olunan demokratik, çağdaş, idarəçilik üsulunun tayı-bərabəri yoxdur. İnsanlar azaddırlar, xoşbəxtdirlər və s. O cümlədən, ABŞ təhsil sistemində aparılan davamlı islahatlar da sözügedən iddialar sistemində mövcuddur. Ancaq nədənsə, Ağ ev rəsmilər-yəni Departament səlahiyyətliləri, konqresmenlər, senatorlar və başqaları bu kimi qanlı hadisələrin qarşısını almaqdan ötrü, hər hansı ciddi addımlar atdıqları, yaxud bundan sonra atacaqları barədə heç nə demirlər. Görünür, bu səbəbdən də günahsız uşqalar öz məktəblərində, tədris müəssisələrində qətlə yetirilir, onların acılarını isə hər şeydən əlləri üzülmüş valideynləri yaşayırlar.
Hegemon dövlətin başçısı olmasına rəğmən...
Ancaq onu da ehtimal etmək mümkündür ki, ABŞ-da belə hadisələrin ənənə şəklindən çıxması da qeyri-mümkün görünür. O vaxta qədər ki, bu ölkədə tədris müəssisələri dövlətin ciddi nəzarətinə götürülməlidir. Və əslində bu onların öz işləridir. Yəni öz işləridir ki, bundan sonra ölkənin məktəb və universitetlərində şagird və tələbələrin mühafizələrini necə quracaqlar. Çünki burada bir etiraf da dayanıb. Ancaq istənilən halda, günahsız uşaq ölümü öznü şüurlu insan sayan hər kəs üçün çox ağırdır. Hətta prezident olsan belə. ABŞ prezidenti Barak Obamanın qətliamla bağlı son çıxışında göz yaşlarına sahib ola bilməməsi bir daha bu amili təsdiq etdi. Onun dünyanın hegemon dövlətinin başçısı olmasına rəğmən, hisslərini cilovlaya bilməməsi özü-özlüyündə hər şeyi atdın edir: "Uşaqlarımızı qorumaq üçün ölkə olaraq üzərimizə düşəni yetərincə yerinə yetirə bilmirik" etirafı da yuxarıda qeyd olunan kontekstlərdəndir.
Kim daha səmimi idi?
Fəqət, təəssüf ki, uşqalar yalnız ABŞ-da qətlə yetirilmirlər. Amma çox maraqlı və düşündürücüdür ki, ABŞ prezidenti ömründə bir dəfə də olsa belə, Fələstində, Suriyada, İraqda, Əfqanıstanda və digər müsəlman ölkələrində qətlə yetirilən, qanlarında boğlulan, bombalar, güllələr, qəlpələr, raket zərbələri altında həlak olan məsum uşqalara görə göz yaşları tökübmü? Yoxsa ABŞ uşqaları ilə gwc yolu il’ ABŞ demokratiyası yürüdülən müsəlman ölkələrinin uşqaları arasında hər hansısa ciddi fərqlər mövcuddur? Bu fərqlər varsa, hansılardır? Yoxsa ikinci ölkələrin uşqaları ABŞ uşqaları kimi oyuncaq oynaya, parklarda əylənməyə, yelləncəklərə, karusellərə minməyə, ata-anaları ilə Mag Donaldsa getməyə, bütün bunlardan dolayı sevinməyə layiq deyillər? Yəqin ki, bu cavabı elə dünyada cərəyan edən hadisələrdən tapmaq mümkündür.
Ancaq Obamanın göz yaşları deyərkən, nədənsə yadıma Türiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İsrail bombardmanı altında qalan Fələstinə etdiyi səfəri və həmin səfərində tuta bilmədiyi göz yaşları, hönkürtüləri düşdü. Çox maraqlıdır ki, bu görüntülər dünyanın bir çox media səhifələrində, həmçinin ABŞ-da rezonans doğurdu. Hətta Davudoğlunun göz yaşlarını məsxərəyə qoyanlar da tapıldı. Ancaq hər necə olsa da, səmimiyyət göz qarşısında idi. Bunu indi də təsəvvürlərdə canlandırmaq mümkündür – Davudoğlunun göz yaşları və Obamanın göz yaşları...
Qoy uca Allah bütün dünyanın məsim uşqlarını hifz etsin, böyüklərin, yanlış siyasətin günahlarının qurbanlarına çevirməsin!