"Eurovision-2012" müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova 12.12.2012 tarixində xəstəxanaların birində əkiz övlad dünyaya gətirib. SİA-nın məlumatına görə, yeni doğulan körpələrinin biri qız, digəri oğlan olan Hüsniyyə, analıq hissinin çox gözəl olduğunu bildirib.
Biz də bu münasibətlə həmkarımızı təbrik edir və uşaqlarına can sağlığı arzulayırıq.