Balıqçılar böyük məsuliyyət daşıyırlar

14 Dekabr 2012 15:00 (UTC+04:00)

"Hər bir balıqçı gəmisi dənizə çıxarkən müvafiq sənədlər paketi var ki, onları təqdim edir və həmin sənədlər əsasında da onların dənizə daxil olmasına icazə verilir". SİA-nın xəbərinə görə, bunu Dövlət sərhəd ximdətinin (DSX) rəis müavini Fərhad Tağızadə bildirib.

Rəis müavinin sözlərinə görə, balıqçılara müəyyən ərazilərdə balıq tutmaları üçün lazımi göstəriş verilir: "Lakin hava şəraitinin necə keçməsindən asılı olamayaraq elə an olur ki, həmin insanların xilas edilməsinə ehtiyac yaranır. Dövlət Sərhəd Ximdəti (DSX) də dənizdə xidmət apararkən bu xilasetmə tədbirlərini həyata keçirir. Ancaq balıqçıların sərhədi pozaraq digər ölkələrin sularına, ərazilərinə daxil olması isə bilavasitə onların öz məsuliyyətidir. Məlumdur ki, dəniz dəryadır burada hər an hadisə baş verə bilər. Təbii ki, biz onlara dənizə çıxarkən bütün xilasetmə avadanlıqlarının özləri ilə götürmələrinə nəzarət edirik".