Həftənin hansı günü doğulmusunuz?

14 Dekabr 2012 13:54 (UTC+04:00)

Bazar ertəsi

Bazar ertəsi dünyaya gələn şəxslər inadkar və məqsədyönlü olurlar. Lakin əfsuslar olsun ki, zirvələrə ucalmırlar. Bu şəxslərin nə danışdığı onların əhval-ruhiyyəsindən asılıdır. İlk iş günündə dünyaya göz açanlar tənqidə nifrət edirlər, amma onlar ətrafdakılarla zarafat etməyi də çox sevirlər.

Çərşənbə axşamı

Həftənin ikinci günü doğulanlar səliqəsiz şəxslərdir. Lakin bu insanlar xırdaçılıq etməyi sevmirlər. Çox yalan danışırlar, eyni zamanda buna görə utanc hiss keçirmirlər. Amma unutmayın ki, çərşənbə axşamı doğulan şəxslər vəfalı dostlardır, çünki onlar hər an kömək etməyə hazır olurlar. Bu şəxslər çox pul qazansalar da, az xərcləyirlər.

Çərşənbə

Çərşənbə günü dünyaya göz açan şəxslər cəlbedici olurlar. Onlar xarici görünüşlərinə nəzarət etməyi bacarırlar. Bu şəxslər ailə üçün idealdırlar. Belə ki, onlar həm düzgün, həm təmizkar, həm də evdardırlar. Buna baxmayaraq bəzən onlar ürəklərində tənha olurlar. Bu insanlar ailəyə çox bağlı olduqlarından, elə də imkanlı olmurlar.

Cümə axşamı

Dördüncü gün anadan olan şəxslər qürurlu və saf insanlardır. Onlar ətrafdakılara xoş niyyətlə davranırlar, və heç vaxt heç kimdən heçnə gözləmirlər. Tez aşiq olurlar, tez də unudurlar. Cümə axşamı doğulanlar yaxşı dost və valideyndirlər. Onlar üçün ən vacib rahatlıq və sakitlikdir. Karyeralarında çox böyük nailiyyətlər qazanmırlar.

Cümə

Cümə günü dünyaya göz açanlar əzəmətli yerişdən tanınırlar. Bu şəxslər fəhlə kimi çalışsalar belə, özlərini rəhbər kimi aparırlar. Yaradıcı insanlardır. Kitabları sevirlər. Ən əsası isə çox xəyalpərəstdirlər. Təhsildə çox vaxt əlaçı olurlar.

Şənbə

Həftə sonunda dünyaya gələn şəxslər tənbəlliklə fərqlənirlər. Onlar avam olurlar və başqalarının hesabına istirahət etməyi sevirlər. Öz günahlarını tez yumağı bacarırlar və qəsdən heç kimi incitmirlər. Gözəl bədən quruluşuna, saçlara və zövqə malik olurlar.

Bazar

Əgər siz bazar günü dünyaya göz açmısınızsa, demək sizin güclü qorucu mələyiniz var. Bazar günü anadan olan şəxslər çox xoşbəxt olurlar. Onlar uzun ömür sürürlər. Bu şəxslər adətən alim, siyasətçi və ya musiqiçi olurlar. Onlar xarizmatik görünüşə malikdirlər, insanların etibarını və ümüdlərini doğrultmağı bacarırlar.