Məşhur estrada müğənnisi İradə İbrahimova xala olub. Onun kiçik bacısı Sonanın qızı dünyaya gəlib. SİA-nın məlumatına görə, bu, İbrahimovlar ailəsində ikinci nəvədir. Uşağın çəkisi 4 kq-a yaxındır.
Ana və övladının durumu yaxşıdır. Ailə hələ ad seçimi etməklə məşğuldur. Şad xəbəri eşidən İradə İbrahimova yaxın günlərdə Bakıya gəlməyi düşünür. O, sevincini belə bölşüb: "Hər bir ailəyə övlad sevinci qismət olsun. Sona da bizə bu sevinci qismət eləyib. Nigarla mən xala olduq. İpəklə bu günlərdə Bakıya gəlib onlara baş çəkəcəyik".