"Timsah Adam" olaraq tanınan heyvansevər Chito nəhəng bir timsahla üzür, yemək yeyir və hətta onunla oynayır. Beləcə dünyadakı ən qeyri-adi yoldaşlıqlardan birini qoruyur. Siquirresdəki yaşıl göldə timsahla oynayan Timsah Adam görən turistləri təəccübləndirir.
Cəsur adam 5 metrlik dostunu yanına götürərək, başını və quyruğunu suyun üzərinə doğru qaldırır. 52 yaşındakı adam, "Bu nümayişin çox təhlükəli bir nümayiş olduğunu qəbul edir, lakin Pochonun dostu və aralarında bir əlaqə olduğunu", söyləyir.
Ayrıca "Gözlərimin içinə baxar, lakin mənə əsla hücum etməz" deyir.
Bu qeyri-adi dostluq təxminən 20 il qədər əvvəl Chitonun 44 kq-lik timsahı Kariblərdəki Parismina Çayının sahillərində ölmək üzrəykən tapdığında başlamışdır.