Dünaynın ən böyük dişi iti:
Doq cinsli bu köpək dünyanın ən iri dişi itidir. O, dal ayaqları üstə qalxanda boyu 190 sm olur. Çəkisi 68 kq olan Nova adlı bu köpəyə "Super Nova" deyirlər. ABŞ`ın İllinoys ştatındakı Eddison şəhərində yaşayan Enn Saplinin köpəyi "dünyanın ən iri dişi iti" kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Atasından 13, anasından isə 8 sm hündür olan Nova, həftədə 30 kiloqrama yaxın yemək yeyir.
238 nəfərin yerləşə biləcəyi paltar:
Koreyalı dizayner və modelyer Aaamu Sonq "eyni ölçü hamıya uyğun gəlir" ideyasını çox qəribə və gözlənilməz şəkildə reallaşdırıb. Helsinkidə yaşayan modelyerin "REDDRESS" adlı qadın paltarının ətəklərində 238 nəfər rahat yerləşir. Don klasshik "Divina Kvadrats" yun parçasından tikilib və ətəklərindəki hər qırçının uzunluğu 10 metrdir.
"REDDRESS" Londonun şərqindəki York Sərgi zalında nümayiş etdiriləcək.