Bermud üçbucağının sirri açıldı MARAQLI

12 Dekabr 2012 22:56 (UTC+04:00)

Avstraliya alimləri əmindilər ki, təyyarələrin, gəmilərin və insanların müəmmalı şəkildə itdiyi Bermud üçbucağının sirrini açıblar. Onların fikrincə, müəmmalı qeyb olmaların səbəbi metan qazıdır. Melburnun Monaşa Universitetinin professoru Cozef Monaqan və tələbə Devid Mey hesab edirlər ki, müəmmalı qeyb olmanın səbəbi məhz metandır. Dəniz dibini öyrənən okeanoloqlar metan hidratlarının toplaşdığı yerləri aşkar ediblər.

Alimlərin fikrincə, okeanın dibində təbii çatlardan suyun səthinə qalxan metan nəhəng "şarlar"a çevrilir. Bu "şarlar" tədricən suyun üzərinə qalxır və partlayır. Partlayış nəticəsində qaz havaya buxarlanır.

Kompyuter modeli göstərir ki, metan "meqaşar"ına düşmüş bütün gəmilər dərhal üzmək qabiliyyətini itirir və okeanın dibinə düşür. Bu nəhəng qaz "şarlar"ı hətta havada uçan təyyarələri də "uda" bilir.

Bu mülahizəni yoxlamaqdan ötrü alimlər suyun üzərinə xüsusi su ilə dolu rezervuar buraxıblar və rezervuarın aşağı hissəsindən havaya metan buraxmağa başlayıblar. Sonra suya gəmi maketləri endirilib. Məlum olub ki, rezervuarın ortası və çöl divarı ilə üzən gəmilər batır, rezervuardan aralı olan gəmilər isə üçbucaqdan asanlıqla keçirlər.

Qeyd edək ki, Bermud üçbucağından sağ-salamat çıxan gəmilərin xilası məhz bununla izah olunur. Belə ki, bir neçə dəfə gəmilər bu ərazidən keçə bilib. Lakin onların ekipaj üzvlərinin hamısı ölmüş vəziyyətdə tapılıb. Bu insanların zəhərli qazdan boğulmasını sübut edir.