XİN rəhbərlərinin görüşü gələn ay olacaq

12 Dekabr 2012 15:01 (UTC+04:00)

Gələn il yanvarın sonunda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən brifinqdə deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar indiki vəziyyət müzakirə ediləcək.