Topaz Premyer Liqasının XVI turunun "Simurq"la oyunu "Xəzər Lənkəran"ın futbolçusu Branimir Subaşiç üçün əlamətdar olacaq. Siasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının milliləşən hücumçusu "Xəzər Lənkəran"ın heyətində yubiley - 50-ci matçını keçirəcək. Yubiley oyununu Zaqatalada keçirəcək Branimir indiyədək 49 matçın iştirakçısı olub. O, 41 çempionat, 4 kubok və 4 avrokubok qarşılaşmasında çıxış edib. Bu qarşılaşmalarda 14 dəfə fərqlənən Subaşiç çempionatda 9, avrokuboklarda 3, kubokda 2 dəfə rəqib qapısına yol tapıb. Bu müddətdə hücumçu cəmi 2 dəfə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Subaşiç "Xəzər Lənkəran"da 2011/12 mövsümündə debüt edib. Onun ilk matçı 2011-ci il avqustun 20-də "Turan"la ev oyunu olub. Start heyətində meydana çıxan əslən serb futbolçu 3:1 hesabı ilə başa çatan qarşılaşmada 86 dəqiqə meydanda olub və elə bu oyundaca dublunu rəsmiləşdirib.
| Mövsüm | Turnir | Oyun | Dəq | Qol | Penalti | S.Vər | Q.Vər. |
| 2011/12 | çempionat | 27 | 1983 | 6 | 2/2 | 0 | 0 |
| 2011/12 | kubok | 3 | 189 | 1 | 0 | 0 | 0 |
| 2012/13 | Avroliqa | 4 | 358 | 3 | 0 | 1 | 0 |
| 2012/13 | çempionat | 14 | 1197 | 3 | 1/1 | 1 | 0 |
| 2012/13 | kubok | 1 | 120 | 1 | 1/1 | 0 | 0 |
| 2 mövsüm | 3 turnir | 49 | 3847 | 14 | 4/4 | 2 |
0 |