Topaz Premyer Liqasının 16-cı turunun "İnter" - AZAL (0:0) matçından sonra meydan sahibinin baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, mütəxəssis oyunun gərgin keçdiyini qeyd edib: "Çox gərgin oyun oldu, ilk hissədə üstünlük tərəfimizdə idi. İkinci hissədə isə çoxlu səhvlərimiz oldu. AZAL əks-hücumlarda əla oynadı və bir neçə qol imkanı əldə etdi. Əvəzetmədən meydana daxil olan futbolçular oyunun gedişini dəyişə bilmədilər. Hücumda öz oyunumuzu yaxşılaşdırmalıyıq, səhvlərimiz üzərində çalışacağıq".