Doğuş müəxəssisi Senai Aksoyun hamileliklə bağlı ən çox maraq doğuran sualları cavablandırıb
Hamiləlik qadın həyatında baş verə biləcək ən gözəl vəziyyətdir. Əgər uşağınız olacaqsa həyəcanlı bir dövr başlayır demək. Bu müddət ərzində insanın ancaq bədəni deyil, eyni zamanda hadisələrə baxışı da dəyişir. Hamiləlik həmdə beyində bir çox sualın meydana çıxması deməkdir.Türkiyənin Amerikan Xəstəxanası Qadın xəstəlikləri və doğuş müəxəssisi Senai Aksoyun hamileliklə bağlı ən çox maraq doğuran sualları cavablandırıb.
1. Ultrasəs uşaq üçün ziyandır?
Mütəxəssislər USM müayinəsinin körpə üçün 100 faiz ziyansız olduğunu iddia etmir. Amma bu üsul sadəcə körpəni seyr etmək üçün bir vasitə olmamalı, əksinə inkişafı öyrənmək üçün istifadə edilməlidir. Problemsiz hamiləliklərdə 3 dəfə ultrasəs müayinəsi tövsiyyə edilir - 9 - 12-ci həftə, 19 - 22 və 29 - 32-ci həftələr arasında.
2. Avtomobillə səyahət zamanı nəyə diqqət edilməlidir?
Uzun müddətli səyahətlərdə tez-tez fasilə verilməlidir. Ayaqyolu ehtiyacınızı mütləq vaxtında qarşılayın. Qollarınız və ayaqlarınızı hərəkət etdirin. Təhlükəsizlik kəmərini qarının alt hissəsindən keçirməyə çalışın.
3. Hansı qidalardan əl çəkim?
Bəzi qidalar toksoplazmanı artırdığı üçün mütləq ya azaldılmalı, ya da menyudan çıxarılmalıdır. Bunların başında ciy ət, ciy yumurta və bişməmiş süd gəlir. Göyərtiləri çox yaxşı yuyun.mümkün olduqca ciyərdən istifadə etməyin. Ancaq nəzərə alın ki, hər hamilə qadının öz xüsusiyyətləri var. Qida ilə bağlı mütləq həkimlə məsləhətləşin.
4. Hansı narahatlıqlar ola bilər?
Hormonal dəyişiklər bədəninizdə bəzi dəyişiklilərə yol aça bilər.
Yorğunluq - hamiləliyin ilk aylarında ən çox qarşılaşacağınız problem ola bilər. Ən yaxşı çarə istirahət etmək və yatmaqdır. Mədə qıcqırması - hamiləliyin son aylarında körpə mədəyə təyziq edir. Buna bağlı olaraq mədə turşusu artır və ağzınızda acı dad ola bilər. Belə halda süd içə bilərsiniz.
Qəbizlik - ən asan çarəsi bol təbii qidalardır. Bol su için və hərəkət edin.
Bulantı - hormonal dəyişiklik ilə bağlı ola bilər. Xüsusilə səhərlər qarşılaşacağınız bu problem gün boyu davam etmir. Mümkün olduqca bu vəziyyətdən qaçmaq üçün uzanın və çay için.
5. İki nəfərlik yeməliyəm?
Hamiləlik müddətində 6-20 kq çəki artırmaq normaldır. Doqquz ay enerji tələbatınız yüksək olacaq. İlk üç ayda gündə 2400 kalori sizin üçün yetərli olacaq. İkinci üç ayda gündə 2600, son aylarda isə gündə 2800 kalori qəbul edə bilərsiniz. Bu vaxt bədənin yüksək miqdarda vitamin və minerala ethiyacı var. Ona görə, bəzi qidaları artırmaq gərək bilər. Kalsium (gündə yarım litr süd və süd məhsulları) körpənin sümük inkişafı üçün çox vacibdir. Dəmir (qırmızı ət, yaşıl tərəvəzlər) qan artırır. Vitaminlər (meyvə,tərəvəz, süd məhsulları) qan dövranını yaxşılaşdırır. Şirin su balığı və yodlu duz yod əksikliyini aradan qaldırır.
6. Çatlar mütləq olur?
Bu dərinizin quruluşuna bağlıdır. Amma qadınların 70 faizi hamiləlikdə bu problemlə qarşılaşırlar. Bunda təəccüblü heç nə yoxdur. çünki qarın 50-60 sm böyüyür və bu dərimiz üçün ağır haldır. Hamiləlikdən sonra çatların rəngi hər nə qədər solsa da, izlər qalır. 18-ci həftədən sonra qarnı buğda yağı ilə masaj etmək məsləhətdir.
7. Körpə nə vaxt hərəkət edəcək?
Hamiləliyin bəlkə də ən həyacanlı anı körpənin ilk təpikləridir. İlk hamiləlikdə bu hal adətən 20-ci həftədən hiss edilə bilir. Təcrübəli və əkiz anaları isə bu hisslə 18-ci həftədən etibarən qarşılaşa bilərlər.
8. Doğuşun başladığını necə hiss etmək olar?
Ən əsas əlamət sancıların başlaması və suyun gəlməsidir. Bu halda dərhal həkimə gedin.