Bakının "Neftçi" futbol klubunu UEFA Avropa Liqasının qrup mərhələsinə çıxaran Böyükağa Hacıyev, dünyanın ən güclü klub məşqçilərinin siyahısında yer alıb. Siasport.az saytı xəbər verir ki, siyahıda Azərbaycandan 4 mütəxəssis yer alıb. Onlar arasında ən yaxşı nəticə Azərbaycan çempionu "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur. BUmütəxəssis dünya reytinqində 439 xal toplayıb. Bu göstərici ilə B.Hacıyev planetin 829-cu baş məşqçisidir.
Maraqlıdır ki, Hacıyevin "Neftçi"dəki köməkçisi Tərlan Əhmədov Azərbaycan çalışdırıcıları arasında 2-ci pilədədir. 365 xalı olan məşqçi 884-cü yerdə qərarlaşıb. Artıq istefaya göndərilən Yunis Hüseynov ("Xəzər Lənkəran") və Novruz Əzimov da siyahıda yer alıblar. Onlar müvafiq olaraq, 1072-ci (164 xal) və 1297-ci (38 xal) pilləni tutub.
Siyahıya isə portuqaliyalı Joze Mourinyo başçılıq edir. İspaniya "Real"ının çalışdırıcısı 14.443 xala malikdir. Madrid "Atletiko"sunun çalışdırıcısı Dieqo Simeone 13.843 xalla 2-cidir. Digər ispan klubu "Barselona"nın sabiq baş məşqçisi Xosep Qvardiola isə ilk "üçlüy"ü qapayır – 12.477 xal.