Çinlilərin stress atmaq üçün fikirləşdiyi yeni terapiya növü böyük marağa səbəb olub. SİA-nın məlumatına görə, stress atmağı arzulayan insanlar tullantı avtomobillər, soyuducular, televizorlar, paltar və qabyuyan maşınlarla dolu olan elekron mallar zibilliyinə aparılır. Orada dəmir zopalarla tullantı malları döyəcləyir. Bu yolla stressdən azad olduqlarını düşünən insanlar özlərini çox xoşbəxt hiss edirlər.