Bitməyən ittihamlar

7 Dekabr 2012 20:52 (UTC+04:00)

Əli Kərimli Əbülfəz Elçibəyin Təhmasib Novruzov tərəfindən zəhərlədiyini iddia edir

Cəmiyyət tərəfindən qəbul edilməyən və rəhbərlik etdiyi partiya daxilində də sərt təpki ilə qarşılanan AXCP sədri Əli Kərimlinin durumu son günlər daha da ağırlaşıb. Çünki partiyadan olan kütləvi istefalar fonunda Ə.Kərimli Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev tərəfindən ən ağır ittiham Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə ittiham edilib. Hətta ittihamı reallaşdırmaq ücün H.Hacıyev Bakı Şəhər Prokrorluğunda iddiada qaldırılıb və hazırda istintaq araşdırılması aparılır.

Maraqlıdır ki, Ə.Kərimlı iddiaları təkzib edə bilmir. Bu da onun Elçibəyin zəhərlənməsində həqiqətən də suçu olduğunu təsdiqləmiş olur. Amma bir necə gündür ki, Ə.Kərimli üzərinə yönələn təzyiqlərdən yayınmaq üçün Elçibəyin zəhərləndirilməsi məsələsini "Azadlıq Hərəkatçıları Birliyi"nin sədri Təhmasib Novruzovun üstünə atmağa çalışır. Daha doğrusu, sahibi olduğu "Azadlıq" qəzetində və digər özünə yaxın olan mətbu orqanlarda Elçibəyin zəhərlənməsi məsələsinin T.Novruzov tərəfindən həyata keçirildiyini idida edir. T.Novruzov isə Ə.Kərimlinin iddialarını qətiyyətlə rədd edib. O, rəhbərlik etdiyi təşkilat adından yaydığı bəyanatda onun haqqında mətbu orqanlarda yazılan ittihamların məhkəmə vasitəsilə Ə.Kərimlinin hüquq müstəvisində cavab verməsinə əsas olacağını qeyd edib.

Onu da bildirib ki, dəfələrlə Ə.Kərimli dələduzluq faktı üzrə məhkəmələr tərəfindən məhkum olunmuş, sosial bazalarının nüvəsini təşkil edən fırıldaqçıları öyrədərək, ona və rəhbərlik etdiyi təşkilata qarşı böhtan kampaniyasını aparıb: "Mən, eləcə də, rəhbərlik etdiyim təşkilat bütün bunları qətiyyətlə pisləyir və bu cür iyrənc metodlardan istifadə olunmasını siyasi əxlaq normalarına ziddi dəyərləndirərək, rədd edirik. Məlum böhtan yazılarla bağlı həmin yazıları hazırlayan fırıldaqçıların və onun qarşı tərəfin fikrini öyrənmədən dərc edən mətbu orqanların fakt üzrə hüquqi müstəvidə cavab vermələri üçün hüquqi prosedura başlanmışdır".