Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. Qitənən ikinci dərəcəli klub turnirdə yeganə Azərbaycan təmsilçisi olan "Neftçi" son matçına çıxıb. Böyükağa Hacıyevin komandası səfərdə İtaliya "İnter"i ilə münasibətlərinə aydınlıq gətirib.
"İnter" üçün formal xarkter daşıyan görüşdə "ağ-qaralar" qalib gələcəyi halda Avroliqayla 3-cü pillədə vidalaşacaqdılar. Ancaq Milan təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilirdi.
"Neftçi" qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya "Partizan"ı ilə görüşüb. "Ağ-qaralar" səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacardı - 0:0. Lakin paytaxt klubu bu uğurun davamını sonrakı görüşlərdə gətirə bilmədi.
Qrup mərhələsi çərçivəsindəki Bakıdakı ilk matçını məhz Milan "İnter"inə qarşı keçirən "Neftçi" həmin görüşdə 3:1 hesabıyla uduzdu. Ardından Rusiya "Rubin"i ilə həm ev, həm də səfər oyunlarında minimal hesablı məğlubiyyət qeydə alındı.
Təəssüf ki, Bakıda "Partizan" üzərində qələbə arzularımız da reallaşmadı - 1:1.
Azərbaycan çempionu İtaliyada "İnter"in qonağı olub. Milan təmsilçisi üçün formal xarater daşıyan oyun "Neftçi" üçün üçüncülük baxımından mühüm əhəmiyyət kəsb edirdi. Komandamız bu oyunda xal qazanmaqla qrupu üçüncü pillədə başa vura bilərdi. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. "Neftçi" "Partizan" eyni xal toplasa da, öz aralarındakı oyunlar nəzərə alınmaqla klubumuz qrup mərhələsini sonuncu pillədə başa vurub.
Avropa Liqası VI tur
H qrupu
6 dekabr
"İnter" (İtaliya) - "Neftçi" -2:2
"İnter": Vied Belets, Valter Samuel, Alvaro Pereyra, Conatan, Esteban Kambiyasso, Marko Benasi, Simone Paza, Andrea Romano, Luka Qarritano, Koutinyo, Marko Livaya.
Ehtiyat oyunçular: Luka Kastellatsi, Andrea Bandini, İsaak Donkor, Yuto Naqatomo, Nikkolo Belloni, Covanni Terrani, Antonio Kassano.
"Neftçi": Saşa Stamenkoviç, Tərlan Quliyev, İqor Mitreski, Brunu Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov, Flavinyo, Julius Vobay, Erik Ramos, Cavid İmamverdiyev, Nikolas Kanales.
Ehtiyat oyunçular: Emil Balayev, Elvin Yunuszadə, Araz Abdullayev, Mirhüseyn Seyidov, Bahadır Nəsimov, Kamil Nurəhmədov, Emin Mehdiyev.