Millət vəkillərimiz Haaqaya gedəcəklər

6 Dekabr 2012 10:16 (UTC+04:00)

Milli Məclisin deputatları Qənirə Paşayeva və Adil Əliyev "Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun təhlükəsizliyi" mövzusunda dekabrın 10-da keçiriləcək konfransda iştirak etmək üçün Niderland Krallığının Haaqa şəhərinə səfər edəcəklər.

Beynəlxalq İnsan Haqları gününə təsadüf edən tədbirin məqsədi Ermənistanın işğalı nəticəsində azərbaycanlıların etnik təmizləmə siyasətinə məruz qalması, işğal altındakı ərazilərdə xalqımıza məxsus tarixi və mədəni abidələrin dağıdılması, Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumatlandırılmasıdır.