Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollektivi, sahənin işçiləri bu gün Fəxri Xiyabana gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. SİA-nın xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Rabitəçilər həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını da ziyarət ediblər, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.
Qeyd edək ki, peşə bayramı gününün qeyd edilməsi ilə əlaqədar respublikada rabitənin və informasiya texnologiyalarının inkişafında böyük əməyi olan işçilərin zəhmətinin qiymətləndirilməsi məqsədi ilə nazirliyin əmri əsasında mütəxəssislər "Rabitə ustası" adı verilib və "Fəxri fərma"a layiq görülərək təltif olunublar.