"Azərbacanın regionda informasiya sahəsində rolu atır"

6 Dekabr 2012 12:12 (UTC+04:00)

"14-cü serverin Azərbaycanda İKT sahəsində hansı irəliləyişlərə nail olacağı Telekommunikasiya konqresində müzakirə olunur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, bir çox ölkələr bu idarəçilikdə iştirak etmək istəyirlər: "Bu yaxınlarda böyük regionun ünvanlar sisteminin idarəsi üçün köklü server sisteminin Azərbaycanda yaradılması da regiona qarşı əsaslı maraqlar doğurur. Bu server həm Azərbaycanın regionda informasiya xidmətlərinin verilməsində rolunu artıracaq, həm də ümumi regionda yaranan bu idarəçilikdəki problemlərə böyük bir töhvə verəcək".