Fergusyon "Qalatasaray" azarkeşərini sevindirdi!

5 Dekabr 2012 17:17 (UTC+04:00)

Bu axşam UEFA Çempionlar Liqasının sonuncu qrup oyununa çıxacaq "Mançester Yunayted", "Qalatasaray" azarkeşlərinin diqqət mərkəzində olacaq. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar" bu axşam qarşılaşacaqları "Kluj" üzərində qələbə qazansalar, o zaman "Braqa" matçının nəticəsindən asılı olmayaraq, İstanbulun "Qalatasaray" futbol klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə adlayacaq. Yox əgər, İngiltərə təmsilçisi öz meydanında "kluj"a məğlub olarsa, "Qalatasaray"da "Braqa" ilə heç-heçə edərsə belə, o zaman növbəti mərhələyə "Kluj" çıxacaq. Baş məşqçi Aleks Fergusyon isə keçiridyi mətbuat konfransında bildirib ki, onlar "Kluj"la qarşılaşmaya ciddi yanaşırlar və əsas heyət oyunçularından əksəriyyəti bu qarşılaşmada yer alacaqlar. Bu isə daha çox "Qalatasaray" azarkeşlərini sevindirir.