Əli İsmayılov: "Ermənistanda Azərbaycan himnini səsləndirəcəyik”

5 Dekabr 2012 15:41 (UTC+04:00)

Tanınmış Azərbaycan boksçusu Əli İsmayılov, Ermənistanda keçirilən gənc boksçular arasında dünya çempionatında Azərbaycan yığmasının iştirakına münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, Ə.İsmayılov, boksçularımızın Yerevanda qızıl medal qazanacaqlarını arzu edir: "Qızıl medal qazanmalıyıq. Bu, bizim üçün fəxr olar. Çünki Ermənistanda Azərbaycan himnini səsləndirəcəyik".Onun sözlərinə görə, yarımfinala yüksələn Pərviz Bağırov (64 kq) həlledici döyüşə vəsiqə uğrunda qvatemalalı Lester Normandi Martines Tuta qalib gəlməkdə elə də çətinlik çəkməyəcək: "Onun finala çıxmaq üçün yaxşı şansı var. Çünki Qvatemalada ciddi boks məktəbi yoxdur. Düzdür, bilirik ki, buranın idmançıları son illərdə artırıblar. Amma hər halda boks ölkəsi deyil. Qələbə ona finalda da ruh yüksəkliyi verəcək".