Məşhur kolumbiyalı müğənni Şakiranın keçmiş sevgilisi Antonio de La Rua ona 100 milyon dollarlıq təzminat davası açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Argentinanın keçmiş dövlət başçısı Fernando de la Ruanın oğlu 10 illik sevgilisinə karyerasında dəstək olduğu üçün indi onun əvəzini almaq niyyətindədir.
Antonio Ruanın vəkili Villiam T.Reid Şakira ilə bu məsələyə dair danışdıqlarını, lakin müğənninin irəli sürülən bütün iddiaları rədd etdiyini bildirib. Şakira özü də hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Bununla bağlı noyabr ayından Nyu-York məhkəməsində iş qaldırılıb.