"İnter" - "Neftçi" oyununu hansı hakim idarə edəcək?

4 Dekabr 2012 15:20 (UTC+04:00)

UEFA Avropa Liqasının "İnter" (İtaliya) - "Neftçi" oyununu idarə edəcək hakimlərin tam siyahısı açıqlanıb. Siasport.az saytı xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 6-da Milan şəhərində keçiriləcək matçı Bosniya və herseqovinalı hakimlər briqadası idarə edəcək. Onların işinə bolqarıstanlı hakim-inspektor qiymət verəcək.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
00:05. "İnter" (İraliya) – "Neftçi" (Azərbaycan)
Baş hakim: Emir Alekoviç
Baş hakimin köməkçiləri: Dalibor Draskoviç, Hrvoje Turudiç
Dördüncü hakim: Senad Ibrisimbeqovic
Baş hakimin əlavə köməkçiləri: Elmir Pilav, Ognyen Valjic (hakimlər Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Yozef Kliment (Slovakiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Milan. "Cüzeppe Meattsa" stadionu